📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tramp Əşrəf Qanini fırıldaqçı ADLANDIRDI

2021-08-19 09:45:00

Tramp Əşrəf Qanini fırıldaqçı ADLANDIRDI

ABŞ-ın sabiq prezidenti Donald Tramp Əfqanıstandan qaçan ölkə rəhbəri Əşrəf Qanini fırıldaqçı adlandırıb.

HURRİYYET.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Tramp bu barədə “Newsmax” telekanalına müsahibəsində bildirib.

"O, fırıldaqçı idi və inanıram ki, çoxlu pulla gedib. Mən dedim ki, o lider deyil, sonuncu Amerika əsgərlərindən əvvəl qaçacaq və belə də oldu”, -  Tramp Əfqanıstandakı hadisələr barədə deyib.

Qeyd edək ki, hakimiyyəti Talibana təslim edən Əşrəf Qani ailəsi ilə birlikdə Birləşmiş Ərəb Əmirliklərinə sığınıb.