Tramp Fransanı sərhədlərini bağlamağa çağırdı
2026-10-19 10:05:09
ABŞ Prezidenti Donald Tramp ölkəni bürüyən kütləvi iğtişaşlar fonunda Fransa hökumətini sərhədləri bağlamağa çağırıb.
Hurriyyet.net xəbər verir ki, o bu barədə “Truth Social” sosial şəbəkə hesabında paylaşım edib.
Tramp bildirib:
“Fransa od içindədir! Tamamilə fərqli dünyadan gələn, qəlbində nifrət daşıyan insanların miqrasiyası bir vaxtlar böyük olan bu ölkəni məhv etdi. Hələ gec olmadan sərhədləri bağlayın və vəziyyəti nəzarətə götürün”.