📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tramp: “İranın yeni rəhbərliyi ağıllı olsa, ölkənin böyük və firavan gələcəyi ola bilər”

2026-04-20 21:13:49

Tramp: “İranın yeni rəhbərliyi ağıllı olsa, ölkənin böyük və firavan gələcəyi ola bilər”

İranın gələcəyi ölkədə baş verə biləcək siyasi dəyişikliklərdən asılıdır.

Modern.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp İranla bağlı açıqlamada bildirib.

Tramp qeyd edib ki, İsrail onu heç vaxt İranla müharibəyə təşviq etməyib. Lakin 7 oktyabr hadisələrinin nəticələri və onun uzun müddətdir müdafiə etdiyi “İranın heç vaxt nüvə silahına malik olmamalıdır” mövqeyi bu məsələyə yanaşmasını formalaşdırıb.

ABŞ Prezidenti mediaya da sərt tənqid yönəldib. O, iddia edib ki, mediada yayılan məlumatların və sorğuların böyük hissəsi həqiqəti əks etdirmir:
“Onların dediklərinin 90 faizi yalandır və uydurmadır. Sorğular da saxtalaşdırılıb, 2020-ci il prezident seçkiləri kimi”.

Tramp əlavə edib ki, Venesueladakı seçki nəticələri kimi, İranda da gələcək nəticələr “heyrətamiz” ola bilər. O, İran rəhbərliyində dəyişiklik ehtimalına da toxunaraq vurğulayıb:
“Əgər İranın yeni liderləri ağıllı olsalar, ölkənin böyük və firavan gələcəyi ola bilər”.