📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tramp: "İranla razılaşa bilərik"

2025-04-25 17:32:29

Tramp:

Hurriyyet.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Tehranla Vaşinqtonun nüvə müqaviləsi bağlayacaqlarına inandığını bildirib.
O, İranla nüvə proqramı barəsində danışıqlar aparmaq üçün İran Prezidenti Məsud Pezeşkian və ya İranın ali dini lideri ayətulla Əli Xamanei ilə görüşə hazır olduğunu bəyan edib.
"Taym" jurnalının müxbirinin Vaşinqtonla Tehran arasında birbaşa danışıqların başlanmasından sonra Trampın İran rəhbərliyi ilə görüşə hazır olduğu barəsində suala ABŞ Prezidenti: "Əlbəttə", - cavabını verib. 
Tramp İsrailin İranla müharibə edəcəyi təqdirdə Vaşinqtonun Tel-Əvivi dəstəkləyəcəyini də istisna etməyib.
ABŞ Prezidentii İsrailin İrana zərbələrinin qarşısını almadığını bəyan edib. Tramp deyib: "Onları mən dayandırmamışam. Lakin bunun üçün şərait də yaratmamışam. Çünki, mənim fikrimcə, hücumsuz da razılaşa bilərik".
Hurr Tərcüman