📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tramp keçmiş dostu Putindən yardım istədi: “Bayden və ailəsi ilə bağlı həqiqətləri paylaş”

2022-03-30 19:33:00

Tramp keçmiş dostu Putindən yardım istədi: “Bayden və ailəsi ilə bağlı həqiqətləri paylaş”

Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadla xəbər verir ki, “JustTheNews”  adlı ABŞ xəbər portalına müsahibə verən Donald Trampın mövqeyi və çağırışı çaşqınlıq doğurub. Tramp Vladimir Putinə üz tutaraq, Rusiya Prezidentinin ABŞ Prezidenti Cozef Bayden və onun ailəsi ilə bağlı əlində olan məlumatları dünya ilə paylaşmasını istəyib. Hal-hazırda ABŞ-ın özünə əsas düşmən hesab elədiyi bir ölkənin başçısına Birləşmiş Ştatların keçmiş prezidentinin belə bir istəklə müraciət eləməsi ölkədə narazılıq və təəccüblə qarşılanıb.

Hürr Tərcüman