Tramp: “Lenin düz deyirdi” söylədi və Stalindən sitat gətirdi
2022-09-05 20:14:00
Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadla xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2020-ci il seçkilərində saxtakarlıq olduğunu və buna görə də seçkilərdə məğlubiyyətə uğradığını söyləyib. Filadelfiyada keçirilən mitinqdə Tramp səslərin sayılması məsələsində Leninin fikrinə şərik olduğunu söyləyib: “Lenin dedi ki, “Seçkilərdə səsləri kimin verdiyi yox, kimin saydığı daha mühümdür”. Bu sözün doğru olduğu görünür. Leninin dedyi kimi, səsləri hesablayanlar namizəddən daha mühümdürlər”.
Qeyd edək ki, tarixçilər bu sözlərin Vladimir Leninə deyil, İosif Stalinə məxsus olduğunu söyləyirlər.
Hürr Tərcüman