Tramp Lukaşenkoya görün nə təklif etdi
2026-01-19 21:09:28
ABŞ Prezidenti Donald Tramp Belarus lideri Aleksandr Lukaşenkoya şəxsi müraciətində ona Qəzza zolağındakı münaqişənin nizamlanması üzrə "Sülh şurası"nın təsisiçisi olmağı təklif edib.
Publika.az xəbər verir ki, bunu Belarus XİN-nin mətbuat katibi Ruslan Varankov bildirib.
Onun sözlərinə görə, bu təklif barədə Belarus Prezidentinə məlumat verilib və o, təşəbbüsü müsbət qarşılayıb.
"Sülh şurasının fəaliyyətində iştirak etməyə hazırıq”, – deyə Varankov qeyd edib.