📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tramp Maduronu tutub-tutmamağı “Grok”la məsləhətləşibmiş

2026-10-03 10:42:47

Tramp Maduronu tutub-tutmamağı “Grok”la məsləhətləşibmiş

2025-ci ilin dekabr ayında ABŞ prezidenti Donald Tramp “Grok”dan venesuelalıların Nikolas Maduronun tutulmasına necə reaksiya verəcəyini soruşub.

Hurriyyet.net  xarici mediaya istinadla xəbər verir ki, həmin vaxt trilyoner İlon Mask da Trampın yanında olub.

“The Times” qəzetinin mənbələrinə görə, “Grok” Maduronu "repressiv və son dərəcə populyar olmayan diktator" adlandırıb. Çatbot bir çox venesuelalıların Maduronun süqutunu təntənə ilə qeyd edəcəklərini bildirib. Əməliyyatdan sonra Karakasın küçələrində şənliklər başlayanda Tramp “Grok”u "dahi" adlandırıb.

2026-cı ilin yanvar ayının əvvəlində ABŞ xüsusi təyinatlı qüvvələrinin “Delta Force” bölməsi Maduro və həyat yoldaşı Siliya Floresi ələ keçirib. Əməliyyat 2 saat 20 dəqiqə çəkib. Onların hər ikisi ABŞ-a köçürülüb və "narkoterrorizm", qanunsuz silah saxlama və narkotik qaçaqmalçılığında ittiham olunurlar.

Daha sonra Maduronun oğlu atasının 18 nəfərlik ümumi kamerada saxlanıldığını bildirib. O deyib ki, atası Nyu-York şəhərindəki metropoliten saxlama mərkəzində saxlanılır. Oğlunun sözlərinə görə, Maduro evə zəng edə bilər və bunu hər axşam saat yeddi radələrində edir.

**
“Grok” İlon Maskın xAI şirkəti tərəfindən yaradılan və böyük dil modellərinə (LLM) əsaslanan süni intellekt çat-botudur.