📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Tramp məni işdən qovub” – Emin Ağalarov

2024-09-01 22:06:00

“Tramp məni işdən qovub” – Emin Ağalarov

“Tramp məni işdən qovub” – Emin Ağalarov

Xalq artisti Emin Ağalarov rusiyalı jurnalistlərə verdiyi son müsahibədə maraqlı açıqlama verib.

Hurriyyet.az lent.az-a istinadən bildirir ki, müğənni “Məni həyatımda cəmi bir dəfə işdən qovublar, o da öz xahişimlə. Məni işdən qovan adam Tramp idi”,- deyə bildirib.

Emin qeyd edib ki, bu hadisə onun klip çəkilişləri üçün təşkil edilib.

“Amerikadaydıq. Klip çəkilişlərimiz gedirdi. Trampla təsadüfən qarşılaşdıq. Ona təklif elədim, razılıq verdi. Elə Trampın iclas otağında o səhnə çəkildi”,- deyə Xalq artisti bildirib.