📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tramp NATO müttəfiqlərini ittiham edib

2026-03-19 21:26:24

Tramp NATO müttəfiqlərini ittiham edib

ABŞ Prezidenti Donald Tramp NATO müttəfiqlərini Hörmüz boğazının təhlükəsizliyinin təmin olunmasında iştirak etməməkdə tənqid edib.

Sky News xəbər verir ki, Tramp bu barədə Yaponiyanın Baş naziri Sanae Takaiçi ilə görüşü zamanı bildirib.

“Onlar boğazı qorumaqda bizə kömək etmək istəmirlər, halbuki buna ən çox ehtiyacı olan elə özləridir. İndi mənim mövqeyimi gördükləri üçün daha nəzakətli davranırlar, daha yumşaq olurlar. Amma artıq gecdir”, – deyə ABŞ prezidenti vurğulayıb.