📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tramp Netanyahunu təhqir elədi, onu “satqın” adlandırdı

2021-12-10 15:49:00

Tramp Netanyahunu təhqir elədi, onu “satqın” adlandırdı

“Həyatımda ən çox onun üçün çalışmışam”

Hurriyyet.az “RİA Novosti” informasiya agentliyinə istinadən xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp İsrailin keçmiş baş naziri Binyamin Netanyahunun ünvanına xoşagəlməz sözlər söyləyib, onu satqınlıqda ittiham edib, Co Baydeni seçkilərdə qələbə münasibəti ilə təbrik elədikdən sonra onunla əlaqəni kəsdiyini bəyan edib.

Tramp “Aksios” nəşrinin müxbiri Barak Ravidə müsahibəsində (o, eks-prezidentlə müsahibələri əsasında “Trampın dünyası: İbrahim razılaşması və Yaxın Şərqin yenidən qurulması” kitabını yazıb) deyib: “Baydeni birinci təbrik edən Bibi Netanyahu oldu. Halbuki, mən həyatımda hamıdan çox onun üçün işlər görmüşəm. Bibi susa da bilərdi. Lakin o, dəhşətli səhv etdi. O vaxtdan bəri onunla danışmamışam. Getsin...” Tramp bundan sonra senzuradan kənar sözlərlə Netanyahini təhqir edib.

Tramp söyləyib ki, İsrailin liderindən fərli olaraq, Rusiya Prezidenti Vladimir Putin ilə Braziliya Prezidenti Jair Bolsonaru Baydeni dərhal təbrik eləməyiblər, çünki, “onlar seçkilərin nəticələrinin saxtalaşdırıldığını hiss edirdilər”.

“Aksios” nəşri isə əslində Netanyahinin Baydeni seçkilər münasibəti ilə təbrik edən ilk lider olmadığını, ABŞ KİV seçilərin nəticələrini elan elədikdən 12 saat sonra bu addımı atdığını qeyd edib.

ABŞ-ın 46-cı prezidentinin seçkiləri 2020-ci il noyabrın 3-də keçirilib. Səsvermənin nəticələrinin hesablanması prosesi uzanıb və nəticədə qalib Demokratlar partiyasının namizədi Co Bayden hesab edilib. Respublikaçı Tramp nəticələri tanımayıb və yeni prezidentin inauqurasiyasinda iştirak eləməkdən imtina edib — 150 il ərzində ilk dəfə belə hal baş verib.

 

Hürr Tərcüman