📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tramp Nurməhəmmədovdan danışıb

2023-07-25 19:03:00

Tramp Nurməhəmmədovdan danışıb

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp UFC-nin əfsanəvi döyüşçüsü Həbib Nurməhəmmədovun karyerasına son qoymasından təəssüfləndiriyini bildirib. Tramp UFC-nin “Yutub” kanalına müsahibəsində “Qartal”dan danışarkən deyib: “Həbibin möhtəşəm döyüşçü olduğunu düşünürəm və görünür, o daha qayıtmayacaq”. Tramp UFC-nin başçısı Deyna Vaytdan Nurməhəmmədovu geri qaytarmağa hazırlaşıb-hazırlaşmadığını soruşduğunu da söyləyib.

Xatırladaq ki, Nurməhəmmədov karyerası böyünca keçirdiyi 29 qarşılaşmanın hamısında qələbə çalaraq, heç vaxt rəqibinə güzəştə getməyib.

 Hürr Tərcüman