📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tramp oğurlanmış seçkilər haqda danışdı: "Oğurlanmış brilliantları qaytarmaq lazımdır"

2021-09-11 18:01:00

Tramp oğurlanmış seçkilər haqda danışdı:

ABŞ-ın 45-ci prezidenti Donald Tramp sentyabrın 10 -da “The Gateway Pundit”in əsasını qoyan Cim Hofta verdiyi müsahibədə bildirib ki, seçkilərdə aldadanın daha üç il hakimiyyətdə qalmasına icazə verilməməlidir.

Hoft Trampdan soruşdu ki, yoxlama aparan ştatlar öz əyalətlərində 2020-ci ilin noyabr seçkilərinin təsdiqlənmiş nəticələrini ləğv etsələr nə baş verəcək? Tramp buna cavab olaraq, zərgərlik mağazasının soyğunu nümunəsini verdi: "Əgər zərgərlik mağazasının soyğunu zamanı almazları oğurlayırsansa, onları qaytarmalısan.  Və sonra siz “onları yalan üstündə yaxaladıq" deməlisiniz. Aldadan şəxsin daha 3 il qalmasına icazə verərsinizmi? Bunu təsəvvür edə bilmirəm", deyə Tramp suala münasibətini bildirib.

Tramp, həmçinin qeyd edib ki, ölkə daxilində vətəndaşlar Arizonada keçirilən və nəticələrini hər kəsin səbirsizliklə gözlədiyi seçkilərin təftiş edilməsini tələb edirlər. Trampın fikrincə, "yalnızca adı respublikaçı" olan siyasətçilər belə ABŞ tarixində ən ədalətli seçkilərin keçirildiyi haqqında danışmağı dayandırdılar və əyalətlərində yoxlamalar aparmağa rəhbərlik etdilər, çünki seçki saxtakarlığını inkar etməkdə davam etsələr bir ildən sonra heç yerə seçilməyəcəklərini anladılar.

Baydenin qanuni seçilmiş prezident sayılmasının dayandırılması üçün Arizona ştatından başqa Pensilvaniya da daxil olmaqla iki ya üç ştatda nəticələrin ləğv edilməsi lazımdır.

Pensilvaniya ştatında Senatın prezidenti Ceyk Korman nəhayət ki, seçki nəticələrinin yoxlanılmasına müqavimət göstərməyi dayandırdı və ştatın seçki nəticələrinin məhkəmə çərçivəsində tam araşdırmasına ehtiyac duyduğunu bildirdi. Qeyd edək ki, Arizona ştatında, ştatın katibi və “Maricopa County” seçki komissiyasının maneə yaratması səbəbindən, Senat prezidentinin seçki nəticələrinin yoxlanmasına ehtiyac olduğuna dair ilk qərarın verilməsindən seçki bülletenlərinin təqdim edilməsinə qədər 5 ay və bir neçə məhkəmə iclası keçdi.

Corciya ştatında isə ədalətli seçki üçün mübarizə aparan QHT-lər artıq Fulton əyalətindəki poçt bülletenlərini yoxlamaq üçün hakimdən icazə aldılar, lakin mahalın seçki komissiyasının maneələri səbəbindən hələ də bu fiziki olaraq mümkün olmur və daim təxirə salınır. .

Miçiqan və Viskonsin ştatında bir neçə əyalət senatoru seçki nəticələrinin yoxlanmasını təşkil etmək üçün səylər göstərir, lakin əyalətdəki respublikaçılara rəhbərlik edən "yalnız adı respublikaçı olanları"ın müqaviməti hələ də qırılmayıb.

Xatırladaq ki, seçici siyahılarının şok nəticələri dərc edildikdən sonra məlum oldu ki, Arizonada ən azı 250 min seçicinin səsi ya nəzərə alınmayıb, ya da kimin –mövcud olmayan yaxud həyatda olmayan seçicilərin- səs verdiyi məlum deyil. Arizona ştatının senatoru Vendy Rocers artıq seçkilərin nəticələrini ləğv etmək üçün Arizona sakinlərindən imza toplayır. Onun sözlərinə görə, bu məqsəd üçün seçicilərin ümumi sayı təxminən 3,3 milyon olan seçicidən 800 mindən çox adam seçkilərin nəticələrinin ləğvi üçün start verilən petisiyanı imzaladı.

Ülviyyə Şükürova

Hurriyyet.az