📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tramp pinqvinlərə də rüsum qoydu

2025-04-03 11:02:17

Tramp pinqvinlərə də rüsum qoydu

Hurriyyet.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Avstraliyanın insan yaşamayan Herd və Makdonald adalarına rüsum tətbiq edib. Bu adalar Hind okeanının cənub hissəsində yerləşir və orada çox sayda pinqvinlər, kürəkayaqlılar  və dəniz quşları məskunlaşıblar.
Bu adalara 10 faiz rüsum tətbiq edilib. 
Bundan əvvəl isə Tramp yeni tədbirlərin qarşılılıq prinsipləri əsasında görüləcəyini bəyan etmişdi. Onun sözlərinə görə, Vaşinqton başqa ölkələrə onların ABŞ dövlətinə münasibətləri əsasında davranacaq.
Hürr Tərcüman