Tramp prezident seçilsə, jurnalist vitse-prezident ola bilər - "Politco"
ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü il seçkilərində yenidən seçilərsə, jurnalist Taker Karlson vitse-prezident ola bilər. Tramp Karlsonun həssas siyasi mövzulardakı istedadını və diqqəti cəlb etmək qabiliyyətini yüksək qiymətləndirir.
Bu barədə Amerikanın "Politico" qəzeti yazıb.
"Tramp Karlsonun həssas mövzular üçün istedadını və diqqəti cəlb etmək qabiliyyətini yüksək qiymətləndirir. Lakin Karlson Trampa siyasi və ya seçki ilə bağlı heç nə verməzdi, deyə nəşr qeyd edib.
Qəzetin yazdığına görə, "müstəqil Karlson"un ABŞ-ın vitse-prezidenti vəzifəsində işləyərkən Trampın xəttini "köləcəsinə izləmək" üçün kifayət qədər səbr və özünə hörmətə malik olacağını təsəvvür etmək çətindir.
Trampın dövründə vitse-prezident postuna digər namizədlər arasında "Politico" respublikaçı senator Tim Skottun, ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeonun və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Nikki Heylinin adlarını çəkir. \\Qaynarinfo