📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Tramp Putini dayandırmağın yeganə yolu kimi Donbasın verilməsini görür" - Zelenski

2026-03-31 11:54:48

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukraynadakı müharibəni dayandırmağın yeganə yolunu Donbasın Rusiyaya verilməsində görür.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Axios”a danışıb.

Ukrayna lideri bu yanaşmanı anlaşılmaz hesab etdiyini vurğulayıb: “Onlar müharibəni bitirmək istəyirlər. Məni narahat edən odur ki, bunu etmək üçün yalnız bir yol görürlər. Əminəm ki, Tramp və komandası müharibəni bitirmək istəyir. Amma niyə bunun bədəlini biz ödəməliyik? Biz təcavüzkar deyilik”.