📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tramp: “Putini hərbi cinayətkar adlandırmaq olmaz” – “Mən Prezident olsaydım, müharibə olmayacaqdı”

2023-05-11 10:27:00

Tramp: “Putini hərbi cinayətkar adlandırmaq olmaz” – “Mən Prezident olsaydım, müharibə olmayacaqdı”

Hurriyyet.az xəbər verir ki, ABŞ-ın eks-prezidenti Donald Tramp RF Prezidenti Vladimir Putini “hərbi cinayətkar” adlandırmaqdan imtina edib. Tramp bu cür danışığın RF ilə danışıqlara zərər verə biləcəyini söyləyib.

Tramp CNN kanalındakı debatlar zamanı Rusiya Prezidentini hərbi cani hesab edib-etmədiyi barəsindəki sualı cavabında deyib: “Hesab edirəm ki, indi bunu müzakirə eləməyə dəyməz. Əgər siz onun hərbi cinayətkar olduğunu desəniz, bu işi həll eləmək (müharibəni bitirmək – red.) üçün razılaşma əldə eləmək daha da çətin olacaq”. Tramp hesab edir ki, Putinə qarşı ittihamlar “sonra” müzakirə edilməlidir. Tramp Putinin “çox ağıllı və çox hiyləgər” olduğunu söyləyib. Eyni zamanda bildirib ki, Ukraynaya hücum eləməklə Pitin ciddi səhv edib.

Tramp deyib: “Onun səhvi hücum eləmək olub. Mən Prezident olsaydım, o heç vaxt hücum eləməzdi”.

Hürr Tərcüman