Tramp Putini təriflədi: “Ümid edirəm ki, onunla yenidən anlaşacağıq"
2024-08-13 10:18:21
ABŞ prezidentliyinə namizəd Tramp seçkilərdə qalib gələcəyi təqdirdə Rusiya prezidenti Putinlə yenidən anlaşacağına ümid etdiyini bildirib.
Bu barədə o, X sosial şəbəkəsinin sahibi İlon Maska müsahibəsində bildirib. Tramp qeyd edib ki, Putin “yaxşı danışıq aparan”dır: “Ümid edirəm ki, onunla yenidən anlaşacağıq. Bilirsən, onunla dil tapmaq yaxşı olardı ki, pis olmazdı”.
Lalə, Hurriyyet.az