📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tramp Putinlə mayın 19-da danışıqlardan sonra atəşkəsə ümid edir

2025-05-17 22:06:57

Tramp Putinlə mayın 19-da danışıqlardan sonra atəşkəsə ümid edir

ABŞ Prezidenti Donald Tramp bildirib ki, mayın 19-da Rusiya lideri Vladimir Putinlə telefon danışığından sonra ukraynalı həmkarı Volodimir Zelenskiyə və NATO üzrə müttəfiqlərə də zəng edəcək.

Bu barədə o, "Truth Social" sosial şəbəkəsində yazıb.

"Əsas müzakirə mövzusu Rusiya-Ukrayna müharibəsində atəşkəsin elan olunması olacaq. Ümid edirəm ki, bu, məhsuldar bir gün olacaq və atəşkəs əldə olunacaq", – paylaşımda qeyd olunub. \\Report.az