📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tramp qalib gəlsə, Mask da dövlət adamı ola bilər

2024-08-20 12:40:59

Tramp qalib gəlsə, Mask da dövlət adamı ola bilər

Hurriyyet.az xəbər verir ki, ABŞ-ın eks-prezidenti Donald Tramp seçkilərdə qələbə qazanacağı təqdirdə biznesmen İlon Maska vəzifə vermək istədiyini bildirib. Tramp Pensilvaniyada seçiciləri iıə görüşü zamanı prezident seçilərsə, Maska nazir və ya öz müşaviri vəzifələrindən birini tapşırmaq niyyətində olduğunu söyləyib. 
İlon Mask ötən həftə sahibi olduğu X şəbəkəsində Donald Tramp ilə canlı veriliş aparmış, onun qələbəsinin ölkə üçün faydalı olduğunu demişdi. Veriliş zamanı Mask Trampa yeni hökumətdə prezident komissiyasının qurulmasını və komissiyaya sədrliyin özünə həvalə edilməsini təklif edib. Tramp cavabında: "Bunu etməyi çox istərdim" deyib. 
İlon Mask 2016-cı ildəki seçkilərdə Hillari Klintonu, 2020-ci ildə isə Co Baydeni dəstəkləmişdi.
Hürr Tərcüman