📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tramp Ron DeSantisi 2024-cü il prezident seçkilərində əsas namizəd göstərib

2023-03-14 13:34:00

Tramp Ron DeSantisi 2024-cü il prezident seçkilərində əsas namizəd göstərib

Bloomberg xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp Florida ştatının qubernatoru Ron DeSantisi 2024-cü ildə Respublikaçılar Partiyasından prezidentliyə namizəd olmaq üçün əsas mümkün rəqib kimi göstərib.
DeSantisi Respublikaçıların əsas rəqibi kimi görüb-görmədiyini soruşduqda Tramp jurnalistlərə “Bəlkə bəli deyərdim, amma nə olacağını heç vaxt bilmirsən", deyə cavab verib.
Eks-prezident vəziyyətin dəyişə biləcəyini də qeyd edib. Eyni zamanda Tramp əlavə edib ki, 2018-ci ildə Florida qubernatorluğu kampaniyası zamanı DeSantisi dəstəklədiyinə görə peşmandır.

Ülviyyə, Hurriyyet.az