Tramp səhhəti ilə bağlı açıqlama verdi
2024-07-16 17:02:35
Hurriyyet.az xəbər verir ki, ABŞ-ın keçmiş Prezidenti Donald Tramp Pensilvaniyadakı mitinqdə ona edilən sui-qəsd cəhdindən sonra öz səhhəti barəsində "EyBiSi Nyus" (ABC News ) kanalına açıqlama verib.
Siyasətçi Respublikaçılar partiyasının 18 iyul tarixli qurultayına qədər qulağının sarğısının açılacağına ümidvar olduğunu bildirib. Tramp qulağında güllə yarasından dərin iz qaldığını söyləyib.
Hürr Tərcüman