📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tramp sevinir: Çin bizdən daha çox zərər gördü

2025-04-05 19:32:53

Tramp sevinir: Çin bizdən daha çox zərər gördü

Çin ABŞ-dan qat-qat çox zərər çəkib.

Bu sözlər ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində onun tarif siyasətini şərh edərkən yazıb.

“Onlar, bir çox başqa ölkələr kimi, bizimlə yolverilməz şəkildə pis rəftar etdilər. Biz ağılsız və çarəsiz “dəyənək” idik, amma bu, artıq belə deyil. Biz iş yerlərini və müəssisələri əvvəlki kimi geri qaytarırıq. İnvestisiyalar artıq beş trilyon dolları keçib və onlar sürətlə böyüyür!” - Tramp qeyd edib.

ABŞ prezidenti qələbəyə əminliyini ifadə edərək, bu tədbirləri “iqtisadi inqilab” adlandırıb.

“Möhkəm tutun, asan olmayacaq, amma son nəticə tarixi olacaq. Biz Amerikanı yenidən möhtəşəm edəcəyik!” – o əlavə edib. \\Axar.Az