Tramp Si Cinpin qatildir, lakin onunla gözəl münasibətlərimiz var idi
Hurriyyet.az TRT Haber kanalına istinadən xəbər verir ki, ABŞ-ın eks-prezidenti Donald Tramp “Foks Nyus” kanalına müsahibəsində Çinin dövlət başçısı Si Cinpini Kovid-19 vasitəsi ilə “dünyanı yox edən” bir qatil hesab eləməsi ilə yanaşı, onunla çox gözəl münasibətləri olduğunu söyləyib.
Tramp deyib: “Kovid, yaxud da mənim adlandırdığım kimi, “Çin virusu” ortaya çıxdığı zaman, Çinin dövlət başçısı Si Cinpin ilə gözəl münasibətlərimiz pozuldu”.
Müxbir Trampın sözünü kəsərək, vaxtilə onun Sini “qatil” adlandırdığını xatırladıb.
Tramp deyib: “O qatildir, lakin çox gözəl münasibətlərimiz var idi”.
Maraqlıdır ki, Si Cinpin ilə gözəl münasibətləri olduğunu iddia edən Tramp Kovid-19 yayılmazdan əvvəl də Çinə qarşı sərt mövqe sərgiləyərək, Vaşinqtonla Pekin arasında ticarət müharibəsinin başlanmasına səbəb olmuş və Çini “düşmən” adlandırmışdı.
Kovid-19 virusu ilk dəfə Çinin Vuhan şəhərində qeydə alınıb.
Hürr Tərcüman