📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tramp Suriyanı İsraillə müqavilə bağlamağa çağırıb

2025-05-14 15:31:46

Tramp Suriyanı İsraillə müqavilə bağlamağa çağırıb

Hurriyyet.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Suriyanı İsrail ilə İbrahim sazişini imzalamağa çağırıb. Tramp Səudiyyə Ərəbistanında Suriyanın keçid dövrünün Prezidenti Əhməd əl Şaraa ilə görüşü zamanı ona belə bir təklif edib.
Bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt X şəbəkəsində məlumat verib. 
Tramp Suriyanın yeni rəhbərliyi ilə münasibətləri normallaşdırmaq məsələsinin Birləşmiş Ştatların gündəliyində olduğunu da qeyd edib.
Hürr Tərcüman