📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Tramp təhlükəsizlik zəmanəti verərsə danışıqlara hazırıq" - Zelenski

2025-01-24 13:40:56

Kiyev başçısı Vladimir Zelenski amerikalı həmkarı Donald Trampın Ukraynaya təhlükəsizlik zəmanəti verməsi şərti ilə Rusiya prezidenti Vladimir Putinlə Ukrayna münaqişəsinin həlli üzrə danışıqlara razılıq verəcək.

Hurriyyet.az bildirir ki, bunu Bloomberg yazıb.

“Əgər prezident Tramp Ukrayna üçün güclü və dönməz təhlükəsizliyə zəmanət verə bilərsə, o zaman biz diplomatik yolla gedəcəyik”.

Eyni zamanda, Zelenski Putinlə birbaşa əlaqəyə başlamazdan əvvəl Amerika liderinin konkret təkliflərini eşitmək niyyətindədir. Ukraynalı siyasətçi onu da etiraf edib ki, Rusiyasız münaqişəyə son qoymaq mümkün deyil.

Bizimxeber.az