Tramp tezliklə vəzifə başına gələ bilər - anonim mənbə
2023-10-06 10:52:47
Hurriyyet.az xəbər verir ki, “Politiko” (“Politico”) nəşri ABŞ-ın Respublikaçılar partiyasındakı anonim mənbəyə istinadla Birləşmiş Ştatların keçmiş prezidenti Donald Trampın gələn həftə Kapitoliyə gələ və Nümayəndələr Palatasının yeni spikeri vəzifəsinə namizədliyini verə biləcəyini yazıb.
Donald Tramp bundan əvvəl axırıncı dəfə 2021-ci il yanvarın 6-da Kapitoli təpəsində olub. Həmin gün onun tərəfdarları seçkilərin nəticələrinin saxtalaşdırıldığı iddiası ilə etirazlarını bildirmişdilər.
Hürr Tərcüman