📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tramp: “Tvitter” artıq etibarlı əllərdədir

2022-10-28 20:15:00

Tramp: “Tvitter” artıq etibarlı əllərdədir

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki,  “Tesla” ve “SpaceX” şirkətlərinin sahibi İlon Mask 44 milyard dollara “Tvitter”i satın aldıqdan sonra ABŞ-ın keçmiş prezidenti Donald Tramp bununla bağlı öz "Truth Social" sosial şəbəkəsində açıqlama verib.

Tramp yazıb: “Tvitter”in artıq daha məntiqli əllərdə olmasına və ölkəmizə həqiqətən nifrət edən radikal sol ağıl xəstələri və manyaklar tərəfindən idarə edilməməsinə çox sevinirəm”.

2021-ci il yanvarın 6-da Trampın tərəfdarları Konqres binasına basqın etdikdən sonra “buna təşviq elədiyi” iddiası ilə Trampın “Feysbuk” və “Tvitter”dəki hesabları tamamilə qapadılmışdı.

Hürr Tərcüman