📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tramp vitse-prezidentliyə namizədini bu gün açıqlayacağına söz verib

2024-07-15 21:07:41

Tramp vitse-prezidentliyə namizədini bu gün açıqlayacağına söz verib

ABŞ-ın sabiq prezidenti və 2024-cü il seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Tramp vitse-prezidentliyə namizədini bu gün açıqlayacağına söz verib.

Hurriyyet.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

Nəşrin müxbiri Bret Baierin sözlərinə görə, Tramp telefon danışığı zamanı partiyanın Miluoki şəhərində keçiriləcək qurultayında vitse-prezidentliyə namizədini elan edəcəyini təsdiqləyib.