📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Tramp Xameneidən cavab gözləyir” - Atəşkəs nə qədər çəkəcək?

2026-04-22 13:01:35

“Tramp Xameneidən cavab gözləyir” - Atəşkəs nə qədər çəkəcək?

ABŞ Prezidenti Donald Tramp İranla atəşkəsin uzadılmasını elan etsə də, konkret vaxt göstərməyib. Məqsəd diplomatiyaya daha bir şans verməkdir və bu, cəmi bir neçə gün çəkə bilər.

“AzPolitika” xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.

Nəşr öz mənbələrinə istinadla yazıb ki, bu qərarın səbəblərindən biri Trampın, eləcə də Amerika və Pakistan vasitəçilərinin İranın Ali Lideri Müctəba Xameneidən son təklifə cavab gözləməsidir.

Nəşrə danışan İsrail mənbələri isə atəşkəsin sonsuza qədər davam etməyəcəyini və Trampın Xameneidən çərşənbə günü cavab gözlədiyini iddia edib: "Tramp iranlılara işlərini yoluna qoymaq üçün atəşkəsi daha üç-beş gün uzatmağa hazırdır, lakin sonsuz atəşkəs olmayacaq".

ABŞ-dakı mənbələr isə Trampın İranla savaşı sonlandırmaq üçün bəhanə axtardığı və atəşkəsi qeyri-müəyyən vaxta qədər uzadacağını bildirirlər.