Tramp xəbərdarlıq etdi: “Çin Ümumdünya Səhiyyə Təşkilatına tam nəzarət edir. ÜST isə bütün dünyaya nəzarət edir" yaxud ÜST dövlətlərə əl qoymağa hazırlaşır
ABŞ-ın sabiq prezidenti Donald Tramp maraqlı açıqlama ilə yenə media gündəminə gəlib. O bildirib ki, “Çin Ümumdünya Səhiyyə Təşkilatına tam nəzarət edir. ÜST isə bütün dünyaya nəzarət edir".
Bu açıqlamanın hansı baxımdan maraqlı olmasına gəlincə isə deməliyik ki, son günlərdə dünya mediasında guya bəbirlərdən yayılan çiçək xəstəliyinin yayılması gündəmə ötürülür. Məqsəd bəllidir. Dünyanı yenidən əldəqayırma, laboratoriyalarda meydana gətirilən çiçək pandemiyası ilə sarsıtmaq. Dünyada bir tərəfdən açlıq, ərzaq qıtlığı proqnozlaşdırılarkən bir tərəfdən də yenidən insanları pandemiyanın tüğyan etməsi ilə üz-üzə qoymaq, pandemiya bəhanəsilə iqtisadiyyata zərbə vurmaq, iş yerlərini bağlamaq, dövlətlərlə vətəndaşlar arasında uçurum yaratmaq, dövlətləri vətəndaşların ehtiyaclarını həll etməkdə aciz qoymaq, hökumətləri öz səlahiyyətlərini ÜST-də məskən salmış qara qüvvələrin sığınacaq yerinə çevrilmiş bir dəstə bandit qruplaşmaya təhvil verməyə vadar etmək.
Xatırladaq ki, yaxın günlərdə 194 ölkə yeni pandemiya razılaşması çərçivəsində ÜST-nin səlahiyyətləri lehinə öz suverenliyindən imtina etməyə hazırlaşır. ÜST karantinlərin tətbiq edilib-edilməməsi, evakuasiya və ya fövqəladə vəziyyət elan edilib-edilməməsi, Covid-19-a qarşı peyvənd sürətini artırmaq üçün necə işləməli və “yeni pandemiyalara” hazır olmaq üçün nə etməli olduğuna özü qərar verəcək.
Bu məqamda insanlara ayıq-sayıq olub dövlətlərini qorumaq, dövlətin başında durnalara isə vətəndaşlarını ÜST-ün yuxarı kuluarlarını zəbt edən cinayətkaraların tapdağına verməmək, onların sarsaq iddialarına qurban etməmək düşər.
Ülviyyə, Hurriyyet.az