📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tramp: "Yalnız iki cins var - qadın və kişi"

2025-01-21 13:57:58

Tramp:

Hurriyyet.az xəbər verir ki, ABŞ-ın 47-ci Prezidenti Donald Tramp andiçmə mərasimindəki çıxışı zamanı ABŞ-ın rəsmi siyasətində yalnız iki cinsin - qadın və kişi cinsinin mövcud olacağını bəyan edib.
Xatırladaq ki, Trampın tərəfdarı, milyarder İlon Mask 2020-ci ildə cinsini dəyişən övladı Vivyeni "ölü" adlandırmışdı. Tramp bunda həkimləri və vokizm ideologiyasını ittiham etmişdi.
"Nyu York Tayms" nəşrinin iddiasına görə, dünyanın ən varlı insanı olan Mask prezident seçkilərində Trampın qələbəsini dəstəkləmək üçün son aylarda 250 milyon dollardan artıq vəsait sərf edib.
Hürr Tərcüman