Tramp: "Zelenski Krımdan imtina etməyə hazırdır"
Hurriyyet.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Vladimir Zelenskinin Krımdan imtina etməyə hazır olduğunu bəyan edib.
Tramp hesab edir ki, Zelenski Rusiya ilə sülh sazişini imzalamağa hazırdır və həmin sənədə Krımdan imtina maddəsi daxil ediləcək.
"Skay Nyus" nəşrinin yazdığına görə, Tramp Vatikandakı görüş zamanı tərəflərin işğal edilmiş yarımada məsələsini müzakirə etməyə fürsət tapdıqlarını bəyan edib.
Jurnalistlərin "Zelenskinin Rusiyanın 2014-cü ildə işğal elədiyi ərazilərdən imtina etməyə hazır olduğu" barəsində sualına Tramp belə cavab verib: "Bəli, mən bu fikirdəyəm. Görək yaxın bir neçə gün ərzində nə baş verəcək?... Krım barəsində mənimlə danışmayın. Krım barəsində Obama və Baydenlə danışın".
ABŞ lideri Vatikanda Zelenski ilə görüşünün yaxşı keçdiyini də söyləyib. Onun sözlərinə görə, Zelenski Vaşinqtondakı danışıqlar zamanındakına nisbətən "daha sakit" olub.
Hürr Tərcüman