📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Trampa məruzə edildi: İran səni öldürmək istəyir!

2024-09-25 16:25:13

Trampa məruzə edildi: İran səni öldürmək istəyir!

Sentyabrın 24-də ABŞ-ın kəşfiyyat rəsmiləri Donald Trampa İranın ona sui-qəsdlə bağlı real və konkret təhdidləri barədə məlumat veriblər.

Hurriyyet.az xəbər verir ki, bu barədə Trampın seçki qərargahı bəyanat yayıb.

Bəyanatda deyilir ki, Tehranın Trampa sui-qəsd cəhdləri Amerikada sabitliyi pozmaq və bu ölkədə parçalanma yaratmaq məqsədi güdür./Axar.az/