📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Trampa qarşı iddia: "NATO-dan çıxmaq üzrə idi"

2024-02-14 15:15:18

Trampa qarşı iddia:

Hurriyyet.az xəbər verir ki, ABŞ-ın eks-prezidenti Donald Trampın keçmiş müşaviri Con Bolton onun hələ 2018-ci ildə, Brüsseldəki sammitdə ABŞ-ı NATO-dan çıxarmaq üzrə olduğunu deyib.
Bolton bu məlumatı "Politiko" nəşrinə müsahibəsi zamanı verib. Boltonun fikrincə, Trampın müttəfiqləri NATO-ya xərcləri artırmağa çağırmasının məqsədi alyansı gücləndirmək yox, ABŞ-ın oradan çıxması üçün səbəb yaratmaq olub.
Bolton deyib: "Ona görə də, Trampın artıq altı ildən də çox müddətdən bəri söylədiyi sözlərin hamısı mənim üçün bir məsələni bir daha təsdiqləyir: onun NATO-dan çıxmaq fikri ciddidir. Adamlar deyirlər: "O, çox da ciddi deyil. NATO ilə danışıqlar aparır". Qulaq asın, o, qurumdan çıxmaq üzrə olanda mən orada olmuşam və o, danışıqlar aparmır. Çünki məqsədi - NATO-da möhkəmlənmək yox, çıxmaq üçün əsas yaratmaqdır".
Hürr Tərcüman