Trampa qarşı sui-qəsd hadisəsi turistlər üçün heykəlciyə çevrildi
ABŞ-ın keçmiş prezidenti və prezidentliyə namizəd Donald Trampa sui-qəsd heykəlciklərlə canlandırılaraq turistlər üçün satışa çıxarılıb.
Hurriyyet.Az Demokrat.az-a istinadla xəbr verir ki, İtaliyanın Neapol şəhərində Trampın qanlı sifətini əks etdirən və turistlər üçün satışa çıxarılan heykəllər maraqla qarşılanıb.
Kiçik heykəlciklərin və turistik əşyaların satıldığı San Qreqorio Armenoda da sui-qəsd zamanı Trampı əhatə edən polis mühafizəçiləri ilə birlikdə təsvir edilib.
Qeyd edək ki, ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp seçkilər üçün Pensilvaniyada keçirdiyi mitinq zamanı sui-qəsd ilə üzləşib. Mitinq zamanı çoxsaylı atəş səsləri eşidilsə də, güllələrdən biri Trampın sağ qulağına dəyib.
Əfsanə Rəcəb