📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Trampa qarşı ümummilli etiraz aksiyası keçirilib

2026-10-18 21:38:10

Trampa qarşı ümummilli etiraz aksiyası keçirilib

ABŞ-də prezident Donald Trampın siyasətinə qarşı çıxan “No Kings” (“Krallara yox”) hərəkatının ümummilli etiraz aksiyası keçirilib.

Modern.az xəbə verir ki, təşkilatçılar 50 ştatın hamısında 3 mindən çox tədbirin təşkil olunduğunu bildiriblər.

Aksiyaların əsas məqsədi Konqresə aralıq seçkilər ərəfəsində seçiciləri səfərbər etmək olub. 
Etiraz kampaniyası noyabrın 3-nə təyin olunan səsverməyə yaxın keçirilib. Nümayişçilər amerikalıları qanunvericilikdə nəzərdə tutulan imkanlardan istifadə edərək seçkilərin əsas günündən əvvəl səs verməyə çağırıblar.

Nümayişlər ölkənin Nyu-York, Los-Anceles, Çikaqo, Filadelfiya və Atlanta kimi böyük şəhərlərində keçirilib. İştirakçılar hazırkı prezidentin siyasətinə qarşı plakatlar qaldırıb, demokratik institutları dəstəkləyən şüarlar səsləndiriblər. Etirazlarda iştirak edənlərin ümumi sayı hələlik məlum deyil.