📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Trampdan İlon Maska dəstək: "Twitter" artıq etibarlı əllərdədir, çox xoşbəxtəm"

2022-10-28 23:44:00

Trampdan İlon Maska dəstək:

ABŞ-ın keçmiş Prezidenti Donald Tramp ötən gün "Twitter" sosial media platformasını alan iş adamı İlon Maskın bu addımını dəstəkləyib.

Hurriyyet.Az xarici mediaya istinadən bildirir ki, Tramp bu barədə özünün yaratdığı sosial media platforması "Truth Social"da paylaşım edib.

O, "Twitter"in ən qısa zamanda saxta hesablardan təmizlənməli olduğunu bildirib.

"Twitter"ın indi daha etibarlı əllərdə olması və ölkəmizdən nifrət edən radikal sol ağıl xəstələri, manyaklar tərəfindən idarə olunmaması səbəbilə çox xoşbəxtəm", - deyə keçmiş Prezident vurğulayıb.

Xatırladaq ki, "SpaceX və "Tesla" şirkətlərinin rəhbəri İlon Mask "Twitter"i 44 milyard dollara alıb. Onun şirkətdə etdiyi ilk dəyişiklik isə ən yüksək vəzifəli şəxsləri qovmaq olub. Məlumata görə, şirkətin Baş direktoru, maliyyə direktoru, müştərilərlə iş üzrə direktor, korporativ siyasət üzrə direktor və şirkətin baş hüquqşünas işdən azad olunublar.