Trampdan İrana NÖVBƏTİ ŞOK XƏBƏRDARLIQ: "Bir-iki həftəyə nələrin baş verəcəyini görəcəksiniz"
ABŞ prezidenti Donald Tramp İranla bağlı yaxın həftələrdə regional balansı kökündən dəyişə biləcək kritik hadisələrin baş verəcəyini bəyan edib.
Hurriyyet.net xəbər verir ki, Tramp Texas ştatının Lubbok şəhərində keçirilən seçki mitinqində çıxışı zamanı ABŞ ordusunun hərbi qüdrətini yenidən ən yüksək səviyyəyə qaldırdıqlarını vurğulayıb.
Çıxışında Venesuela və İran məsələlərinə xüsusi toxunan Ağ Ev rəhbəri Tehrana xəbərdarlıq edərək, “Bir-iki həftəyə İranla bağlı nələrin baş verəcəyini özünüz görəcəksiniz”, - deyə bildirib.
ABŞ prezidenti, eləcə də İranla mümkün hərbi toqquşmanın və ya müharibənin çox qısa müddətdə başa çata biləcəyini vurğulayıb.
Trampın sözlərinə görə, proseslərin gedişatı və müharibənin nə vaxt bitəcəyi birbaşa onun verəcəyi şəxsi qərardan asılı olacaq.
Ekspertlər Trampın bu bəyanatını Yaxın Şərqdə hərbi ritorikanın pik həddə çatdığı və Tehrana qarşı yeni sanksiya və ya hərbi gedişatın an məsələsi olduğu kimi qiymətləndirirlər.