📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Trampdan İrana təhdid: Razılaşmasanız, məhv edərik

2026-04-19 19:00:10

Trampdan İrana təhdid: Razılaşmasanız, məhv edərik

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Tehran Vaşinqtonun təklif etdiyi razılaşmadan imtina edərsə, İranın körpü və elektrik stansiyaları hədəfə alına bilər.

Modern.az-ın məlumatına görə, Tramp “Truth Social”da İranı atəşkəsi pozmaqda ittiham edib və Hörmüz boğazında baş verənləri buna əsas göstərib.

O, ABŞ nümayəndələrinin danışıqlar üçün İslamabada yollandığını bildirərək, Vaşinqtonun Tehrana “ədalətli və məntiqli” razılaşma təklif etdiyini, bundan imtinanın isə ciddi nəticələr doğura biləcəyini vurğulayıb.