📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Trampdan Konqresə qarşı təcili həmlə: Böyük layihənin inşası sürətləndirildi

2026-08-20 13:26:23

Trampdan Konqresə qarşı təcili həmlə: Böyük layihənin inşası sürətləndirildi

ABŞ Prezidenti Donald Tramp Ağ Evin yaxınlığında bal zalının tikintisini sürətləndirmək üçün 250 nəfərlik fəhlə qrupunu işə cəlb edib.
Hurriyyet.media xəbər verir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb. Qəzet yazır: "Prezident Tramp vaxtla yarışır. O, tikintini həftənin yeddi günü, sutkada 20 saat davam etdirmək və mümkün qədər çox işi sürətlə tamamlamaq üçün 250 fəhlədən ibarət heyət tutub".

ABŞ Apellyasiya Məhkəməsi avqustun 7-də Konqresin razılığı olmadan bal zalının tikintisini qadağan edən qərar çıxarıb. Lakin məhkəmə Trampa Ali Məhkəməyə müraciət etmək imkanı vermək üçün qərarın icrasını iki həftəlik dayandırıb.

Əgər Ali Məhkəmə bu müddət ərzində prosesə müdaxilə etməzsə, yerüstü tikinti işləri tamamilə saxlanılmalı olacaq.