📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Trampdan prezident seçkiləri ilə bağlı AÇIQLAMA

2023-07-29 00:02:00

Trampdan prezident seçkiləri ilə bağlı AÇIQLAMA

ABŞ-nin keçmiş Prezidenti Donald Tramp ona qarşı irəli sürülən ittihamlarla mühakimə olunsa belə, 2024-cü ildə keçiriləcək prezident seçkiləri üçün kampaniyasını davam etdirəcəyini açıqlayıb.
Tramp bunu qatıldığı radio verilişində bildirib.
Keçmiş ABŞ Prezidenti ona qarşı irəli sürülən ittihamların onun səs nisbətlərini artırdığını da vurğulayıb.
Qeyd edək ki, ABŞ-nin keçmiş Prezidenti Donald Tramp 2024-cü il mayın 20-də mühakimə olunacaq. Tramp məxfi dövlət sənədlərini gizlətməkdə ittiham olunur.\\Qafqazinfo