📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Trampdan Süleymaninin qisasını almaq istəyiblər? - İran XİN-in açıqlaması

2024-07-17 11:20:32

Trampdan Süleymaninin qisasını almaq istəyiblər? - İran XİN-in açıqlaması

Hurriyyet.az xəbər verir ki, Tehran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Qasım Süleymaninin öldürülməsində müqəssir olanların hakim qarşısına çıxmasına çalışır. Bu barədə İran İslam Respublikasının xarici işlər naziri vəzifəsini icra edən Əli Bağıri Kani məlumat verib. O, bu sözləri İranın ABŞ-ın eks-prezidenti Donald Trampa qarşı sui-qəsd planı qurması barəsində iddialara cavab olaraq söyləyib. Bəlli olduğu kimi, Tramp 2020-ci ildə general Süleymanının öldürülməsini əmr etmiş və o, İraqda ABŞ hərbçiləri tərəfindən raketlə vurulmuşdu.
İran diplomatı CNN kanalına müsahibəsində deyib: "Sizə birmənalı şəkildə bildirdim ki, biz Süleymaninin qətl planın hazırlanmasına və icrasında əli olanların milli və beynəlxalq səviyyələrdə hüquq və məhkəmə yolu ilə məsuliyyətə cəlb olunmasına çalışırıq".
Hürr Tərcüman