📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Trampı BƏƏ-də qadınlar niyə belə qarşıladı? - VİDEO

2025-05-15 22:41:57

Trampı BƏƏ-də qadınlar niyə belə qarşıladı? - VİDEO

ABŞ Prezidenti Donald Trampın BƏƏ-yə səfəri zamanı qarşılanması görüntüləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Hurriyyet.az Axar.az-a istinadən xəbər verir ki, görüş zalına daxil olan zaman Tramp və BƏƏ rəsmisini sıra ilə düzülən qadınlar başlarını sağa-sola çevirərək salamlayıblar.

Qeyd edək ki, BƏƏ və ümumilikdə bəzi ərəb ölkələrində rəsmi qonaqları qarşılayarkən qadınların və ya kişilərin başlarını sağa-sola ritmik şəkildə əyərək etdiyi bu hərəkət, “Al-Ayyala” və ya “Yovla” adı verilən ənənəvi bir rəqs növünün tərkib hissəsidir.

Ənənənin çox qədim tarixi var: qızlar bakirə və uzunsaçlı olurlar. Bu hərəkətin və rəqsin mənası qonağa yüksək səviyyədə ehtiram, onu şərəfləndirməkdir.

Həmçinin rəqs qəhrəmanlıq, birlik və qəbilə qürurunu ifadə edir. Bu, BƏƏ-nin mədəni irsinin bir hissəsidir.

Simvolik anlamda isə qadınlar saçlarını sağa-sola ataraq və başlarını əyərək ritm tuturlar – bu, onların zərifliyini və qonağa verdikləri önəmi simvolizə edir.

Bu tip mərasimlər BƏƏ kimi ölkələrdə milli kimliyin nümayişidir və xüsusilə yüksək səviyyəli dövlət adamları gəldikdə təşkil olunur.