📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Trampın addımı həyəcan siqnalıdır: Türkiyə hazırdır!

2025-03-06 16:38:04

Trampın addımı həyəcan siqnalıdır: Türkiyə hazırdır!

ABŞ Prezidenti Donald Trampın Vaşinqtonun Avropa təhlükəsizliyinin təmin edilməsində rolunu azaltmaq istəyinə Avropa qitədə yeni güc mərkəzi yaratmaqla cavab verməlidir.

Hurriyyet.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Faynənşl Tayms”a müsahibəsində deyib.

“Trampın hərəkətləri hamımız üçün həyəcan siqnalıdır və bu o deməkdir ki, biz birləşməli, öz güc mərkəzimizi yaratmalıyıq”, - o bildirib.

Fidan qeyd edib ki, NATO-nun dağılacağı təqdirdə Türkiyə yeni Avropa təhlükəsizlik arxitekturasının bir hissəsi olmağa hazır olacaq.

Axar.az