Trampın biznes sirrini öyrənib milyonlar qazandılar – 3 nəfərə cinayət işi açılıb
ABŞ-ın keçmiş Prezidenti Donald Trampa məxsus şirkətin başqa bir şirkətlə birləşəcəyini öyrənən 3 nəfər 22 milyon dollar qazanc əldə edib, lakin prokurorluq onlara qaşı cinayət işi açıb.
Bu barədə “Politico” xəbər verir.
Nyu-Yorkun federal prokurorları cümə axşamı üç investoru “insayder” məlumatı əsasında 22 milyon dollardan çox qeyri-qanuni qazanc əldə etməkdə ittiham edib.
Üç şəxs - Michael Shvartsman, Gerald Shvartsman və Bruce Garelick - Trump-ın Trump Media & Technology Group şirkətini satın almağı planlaşdıran “Digital World Acquisition Corporation” adlı xüsusi məqsədli satınalma korporasiyasının investorları olub.
İtiiham aktına görə, onlar gələcək “birləşmə”yə dair “insayder” məlumatlarını qanuna zidd şəkildə öyrənərək, bundan qazanc əldə etməyə çalışıblar.
İttiham aktına görə, müttəhimlər bu məlumatdan korporasiyadan milyonlarla dollar dəyərində qiymətli kağızlar almaq üçün istifadə edib ki, "birləşmə açıq elan edildikdən sonra qazanc əldə edə bilsinlər". Prokurorluq məhkəmə sənədlərində bildirib ki, müttəhimlər həmçinin korporasiyada on minlərlə qiymətli kağız alan dostlarına və işçilərinə yaxınlaşan birləşmə ilə bağlı məxfi məlumatları açıqlayıb.
Prokurorlar həmin şəxsləri qiymətli kağızlarla fırıldaqçılıq etmək üçün sui-qəsddə və doqquz faktda ittiham edib.
AzPolitika.info