📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Trampın ərazi iddiaları - Kanada "ştatı", Qrenlandiya adası, Panama kanalı

2024-12-26 09:37:57

Trampın ərazi iddiaları - Kanada

Hurriyyet.az "Lenta.ru" portalına istinadla xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Milad bayramı münasibətilə yaydığı təbrik müraciətində Kanadanın ABŞ-ın tərkibinə daxil olmasının müsbət cəhətlərini sadalayıb. Siyasətçi "Truth Social" sosial şəbəkəsində ABŞ-ın Qrenlandiyaya da nəzarət edəcəyini vəd edib. Tramp həmçinin, Panama kanalından da bəhs edib.
Tramp yazıb: "Hamının Milad bayramı mübarək olsun. O cümlədən, Çinin Panama kanalını sevgi ilə, lakin qeyri-qanuni şəkildə idarə edən gözəl əsgərlərini, vergiləri həddindən artıq yüksək olan Kanadanın qubernatoru Castin Trüdonu təbrik edirən. Kanada ABŞ-ın tərkibinə daxil olsa, orada vergilər 60 faiz ixtisar olunacaq, onların biznesi dərhal ikiqat artacaq. ABŞ-a milli təhlükəsizlik hədəfləri üçün lazım olan və ABŞ-ın orada olmasını istəyən Qrenlandiya xalqını da təbrik edirəm". 
Hürr Tərcüman