📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Trampın keçmiş müşavirindən ETİRAF: Çevriliş cəhdlərində iştirak edib

2022-07-13 14:30:00

Trampın keçmiş müşavirindən ETİRAF: Çevriliş cəhdlərində iştirak edib

ABŞ-ın keçmiş prezidenti Donald Trampın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton xaricdə çevrilişlərin hazırlanmasında iştirak etdiyini bildirib.

Bu barədə o, çərşənbə axşamı CNN-ə müsahibəsində 2021-ci ilin yanvarında Tramp tərəfdarlarının Kapitoliyə hücumunu şərh edərkən deyib.

“Burada (ABŞ-da) yox, başqa yerlərdə çevrilişlərin planlaşdırılmasına kömək edən biri kimi mən demək istəyirəm ki, bu, ədalətli işdir”, - deyə o qeyd edib.

“O, (Tramp) sadəcə olaraq bir ideyadan digərinə keçirdi və bu da nəticədə etirazçıların Kapitoli binasına soxulmalarına səbəb oldu”, - deyə Bolton əlavə edib.\\oxu.az

Mənbə: TASS