📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Trampın mülkündən götürülən gizli sənədlər iki ölkə ilə bağlı olub: İranın raket proqramı da təsvir olunub

2022-10-22 11:44:00

Trampın mülkündən götürülən gizli sənədlər iki ölkə ilə bağlı olub: İranın raket proqramı da təsvir olunub

Keçmiş prezident Donald Trampın evindən ələ keçirilən məxfi sənədlər arasında ABŞ-ın İran və Çinlə bağlı  çox ciddi sirli məlumatlar əldə edilib.

Hurriyyet.az xəbər verir ki, bu barədə “Washington Post”  yazır.

Mətbu orqanının yazdığına görə,  FTB-nin keçmiş ABŞ prezidenti Donald Trampın Floridadakı evində keçən avqust ayında apardığı axtarış zamanı əldə etdiyi bəzi sənədlərdə bəzi həssas sənədlərin olduğu ortaya çıxıb. Bu əsasən  İran və Çin haqqında məlumatlar olub. Sənədlər arasında İranın raket proqramı və digər planları ilə bağlı məxfi məlumatların olduğu bildirilib.

Yazıda eyni zamanda  deyilir ki, əldə edilən sənədlərdəki məlumatların icazəsiz açıqlanması çoxsaylı risklər yarada bilər. “Belə ki, ABŞ kəşfiyyatına kömək edən insanların həyatları təhlükə altında ola bilər. Bundan başqa, digər ölkələr və ya ABŞ-ın düşmənləri  gizli planlara görə, ABŞ-dan qisas ala bilərlər”- yazıda  qeyd olunub.

olke.az