📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Trampın olduğu tədbirdə atəş açan şəxs məhkəməyə çıxarılacaq

2026-04-26 10:17:36

Trampın olduğu tədbirdə atəş açan şəxs məhkəməyə çıxarılacaq

ABŞ prezidenrti Donald Trampın iştirak etdiyi şam yeməyində baş verən atışmadan sonra həbs olunan şəxs bazar ertəsi günü məhkəmə qarşısına çıxarılacaq.

Musavat.com xəbər verir ki, məlumatı Vaşinqton prokuroru Janine Pirro açıqlayıb:"Təqsirləndirilən şəxs bazar ertəsi günü federal rayon məhkəməsində məhkəmə qarşısına çıxacaq".

O əlavə edib ki, istintaqdan sonra "ona qarşı daha çox ittiham irəli sürüləcək".

Qeyd edək ki, atəş açan 31 yaşlı Kaliforniya sakini  Koul Tomas Allendir. Onun ABŞ Gizli Xidmətinin bir zabitini vurmağa çalışdığı iddia edilir.